Hamının gözlədiyi qərar...
PREZİDENTDƏN 100 İLLİK HƏDİYYƏ

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb.

 

Sərəncama əsasən 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan azad edilib.

 

Ən böyük əfv aktı

 

Ölkə Prezidenti tərəfindən əfv sərəncamlarının imzalanması, həmçinin amnistiya aktlarının qəbul edilməsi uzun müddətdir ki, ənənə halını alıb. 1995-ci ildən bu günə kimi əfvetmə ilə bağlı 68 fərman və sərəncam imzalanıb, 8 987 məhkum əfv olunub. Bu sərəncamlardan 36-sı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanıb və həmin aktlar 5 885 nəfərə şamil olunub. Bu mənada Prezident İlham Əliyevin Ümummilli Liderin 100 illik yubileyi münasibətilə də əfv sərəncamı imzalayacağı  gözlənilirdi. 

 

Bunun ilk göstəricisi isə Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı ölkə başçısının imzaladığı sərəncamla 2023-cü ili "Heydər Əliyev İli" elan etməsi idi. "Heydər Əliyev İli" çərçivəsində böyük tədbirlər planının hazırlanacağı və burada bir çox məqamların öz əksini tapacağı istisna deyildi. Həmin tədbirlər planı çərçivəsində 2023-cü ilin may ayı ərəfəsində Prezident tərəfindən böyük əfv sərəncamı imzalanması da ehtimal edilirdi.

Belə də oldu.

Lakin budəfəki əfv qərarının bundan öncəkilərdən başlıca fərqi şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktı olmasıdır. 

 

Dövlət humanizmi

 

Prezident İlham Əliyevin  Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamı Respublikanın tarixində qəbul edilmiş ən böyük əfv aktı olmaqla yanaşı həm də böyük humanizm və tolerantlıq nümunəsidir. 

 

Belə ki, bir çoxları həbsxanalara insanları tərbiyələndirmək, islah etmək üçün bir məkan, obyekt kimi baxsa da, təcrübə göstərir ki, insanları dörd divara məhkum etmək əksinə, onları daha da aqressivləşdirir, psixologiyalarında cəmiyyətə qarşı inamsızlıq və qəzəb formalaşdırır. Həbsxanalar həm də bir çox insanın fiziki və mənəvi-psixoloji sağlamlıqlarına zərbə vurur. Xüsusilə təsadüfən, bilmədən, istəmədən, şüurlu surətdə olmadan yüngül cinayət törətmiş və bundan səmimi-qəlbdən peşman olan insanlar bu vəziyyətlə daha çox üzləşirlər.   

 

Belə insanların cəmiyyətə qazandırılması üçün əfv sərəncamlarının imzalanması olduqca vacibdir. Bütün cəmiyyətlərdə və bütün dinlərdə bağışlamaq, əfv etmək böyüklük kimi xarakterizə edilir. 

 

Turan Rzayev, 

politoloq






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.