İran casusluqda ittiham olunan iki Fransa vətəndaşını həbsdən azad etdi
FOTO

İran casusluqda ittiham olunan iki Fransa vətəndaşını vaxtından əvvəl həbsdən azad edib.

 

Lenta.ru-nun məlumatına görə, bu barədə Fransanın xarici işlər naziri Ketrin Kolonna açıqlama verib.

 

Diplomatın açıqlaması Fransa Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

 

“İndiyə qədər İranda həbsdə saxlanılan həmvətənlərimiz Benjamen Brier və Bernar Felan bu cümə, mayın 12-də Fransaya yollanırlar”, - deyə nazir iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşündə bildirib.

 

Ketrin Kolonnanın sözlərinə görə, Fransanın Tehrandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Böhran və Dəstək Mərkəzi İran həbsxanasında saxlandıqları bütün müddət ərzində məhbuslara dəstək verib. Kolonna Brier və Felanın azad edilməsi üçün çalışan hər kəsə təşəkkür edib və Parisin İranda həbsdə olan bütün fransızları azad etməyə hazır olduğunu bir daha təsdiqləyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.