"14 May seçkilərinin sülh və əmin-amanlıq şəraitində keçməsi Türkiyəmizin demokratik yetkinliyinin ifadəsidir".
Senzor.az bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Twitter“dəki paylaşımında belə deyilir.
"Seçki müsbət və demokratik şəraitdə keçdiyi halda, səslərin hesablanması hələ də davam etdiyi halda, nəticələrin tələsik elan olunmasına cəhd milli iradənin qəsb edilməsi deməkdir. Biz sevinirik ki, xalqımızın rəğbəti səslərin sayılmasında öz əksini tapır. Demokratiya naminə səs verən, seçki işində iştirak edən bütün vətəndaşlarımı təbrik edir, onların hər birinə öz təşəkkürümü bildirirəm", - paylaşımda bildirilir.