İspaniya La Liqasında 2022/23 mövsümünün qalibi müəyyənləşib.
Senzor.az bildirir ki, Kataloniya təmsilçisi çempionluğunu La Liqanın bitməsinə 4 tur qalmış səfərdə "Espanyol"u məğlub etməklə (4:2) rəsmiləşdirib.
34-cü tur çərçivəsindəki bu qələbədən sonra xallarını 85-ə çatdıran "Barsa" ən yaxın izləyicisi "Real"ı (Madrid) 14 xal üstələyir. Qalan 4 qarşılaşmada "kral klubu"nun bu fərqi aradan qaldırması mümkün deyil.
Bu, "Barselona"nın 27-ci İspaniya çempionluğu olub.
Onu da qeyd edək ki, bu, klubun baş məşqçisi Xavinin Kataloniya təmsilçisinin sükanı arxasında ilk ölkə çempionluğudur.
Xavi “Barselona”nı 2021-ci ilin noyabrından çalışdırır. Qırx üç yaşlı ispaniyalı mütəxssis daha əvvəl “Barselona” ilə İspaniya Superkubokuna sahib olub.