Rəcəb Tayyib Ərdoğan mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda qələbə qazanacağına əminliyini ifadə edib.
Senzor.az bildirir ki, bu barədə Ərdoğan özünün “Tvitter” səhifəsində yazıb.
“Biz mayın 14-nə nisbətən ayın 28-də daha çox səs qazanacağıq və qalib gələcəyik. İnşallah, tarixi bir uğura imza atacağıq", - deyə o qeyd edib.
Qeyd edək ki, Türkiyədə mayın 14-də keçirilən prezident seçkilərində namizədlərin heç biri 50 faizdən çox səs toplamadığı üçün səsvermənin ikinci turu keçiriləcək. Prezident seçkilərinin ikinci turunun mayın 28-də keçirilməsi qərara alınıb.
Bu gün yerli vaxtla saat 15:15-dək seçki qutularının hamısı açılıb. Hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,7 faiz səs toplayıb. Seçici fəallığı 88,92 faiz təşkil edib.
Prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu mübarizə aparacaq və qalib sadə səs çoxluğu ilə müəyyənləşəcək.