Polis İmran Xanın evini mühasirəyə aldı

Pakistanın keçmiş Baş naziri İmran Xan bildirib ki, polis onun evini mühasirəyə alıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, siyasətçi bu barədə “Tvitter”  səhifəsində məlumat verib.

 

"Bəlkə də bu, növbəti həbsdən əvvəl son mesajımdır. Polis evimi mühasirəyə alıb", - deyə o yazıb.

 

Qeyd edək ki, ötən günlərdə Pakistanın sabiq Baş naziri İmran Xan İslamabadda məhkəmə binasında saxlanılaraq nəzarətə götürülüb. Məhkəmənin qərarı ilə sabiq hökumət rəhbəri rüşvətxorluq işinə görə 8 sutka həbs olunub. İmran Xanın məhkəməsindən sonra onun tərəfarları ilə polis arasında toqquşma yaşanıb.

 

İnsident nəticəsində yüzlərlə şəxsin həbs edildiyi bildirilib. Məlumata görə, gecə saatlarından başlayan toqquşmalarda bir nəfər həlak olub, çoxlu sayda sakin yaralanıb.

 

Pakistanın Ali Məhkəməsi ölkədə davam edən kütləvi etirazlardan sonra keçmiş Baş nazir İmran Xanın həbsini qanunsuz hesab edərək, onun dərhal azadlığa buraxılmasına qərar verib. Daha sonra məhkəmədə onun zaminə buraxılması məsələsinə baxılıb və sabiq Baş nazir girov qarşılığında azadlığa buraxılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.