ABŞ Konqresi Baydenin impiçmenti məsələsini qaldıracaq

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Corciya ştatından seçilmiş respublikaçı Marcori Teylor Qrin Konqresdə ABŞ Prezidenti Co Baydenin vəzifəsini yerinə yetirmədiyinə və ölkə sərhədlərini qorumadığına görə impiçment prosedurunu başlatmaq niyyətindədir.

 

“Report” xəbər verir ki, bu barədə o, cümə axşamı keçirilən mətbuat konfransında bildirib.

 

“Tam ciddi şəkildə bu gün Amerikanı sonuncu yerə qoyan və 2021-ci il yanvarın 20-dən bu ölkənin sistemli şəkildə məhv edilməsi ilə məşğul olan ABŞ Prezidenti Co Baydenin impiçmenti üçün proseduru başlatmaq niyyətimi bildirirəm”, - Qrin deyib.

 

“Onun cənub sərhədi ilə bağlı siyasəti, sərəncam və bəyanatları qanunlarımızı pozub və ölkəmizi məhv edib. Bayden öz konstitusiya borcunu kobud şəkildə pozub və milli təhlükəsizliyimizə bilavasitə təhlükə yaradır”, - respublikaçı xanım söyləyib.

 

Onun fikrincə, Bayden ABŞ prezidentinin vəzifələrini yerinə yetirmək iqtidarında deyil, ona impiçment elan edilməlidir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.