Ermənistan təxribat törətmək üçün niyə məhz “Zod”u seçib? - VİDEO

Son günlər Ermənistan silahlı qüvvələri tərəfindən xüsusilə Basarkeçər rayonunun Zod istiqamətində atəşkəs mütəmadi olaraq pozulur.

 

Xezerxeber.az bildirir ki, qarşı tərəf sözügedən ərazilərdə təxribatlar zamanı döyüş PUA-larından tez-tez istifadə edir.

 

Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Ermənistanın Zod istiqamətini seçməsinin müxtəlif səbəbləri var.

Onun sözlərinə görə, bunlardan biri şərti sərhəddə yerləşən Azərbaycan Ordusunun diqqətini həmin ərazilərdə baş verən proseslərdən yayındırmaqdır. Onlar bu yolla həm də öz mövqelərini gücləndirməyə cəhd edirlər.

 

Hərbi ekspert Ermənistanın istifadə etdiyi pilotsuz uçuş aparatlarına da diqqət çəkib. Bildirib ki, primitiv qaydada hazırlanan avadanlıqlar ordumuzun balansında olan zərbə dron aparatları ilə müqayisə oluna bilməz.

 

Ekspert qeyd edib ki, Azərbaycan Ordusu qarşı tərəfin pilotsuz uçuş aparatlarını asanlıqla sıradan çıxarır.

 

Ekspert vurğulayıb ki, Ermənistan belə cılız addımlarla döyüş meydanında və danışıqlar prosesində istəyinə nail ola bilməyəcək.

 

Daha ətraflı süjetdə:






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.