Güney azərbaycanlılar Berlində aksiya keçirdilər və bəyanat yaydılar
YENİLƏNİB, FOTO


Almaniyanın paytaxtı Berlində 2006-cı ildə İranda baş verən 22 may (1 Xordad) hadisələrinin növbəti ildönümü ilə əlaqədar keçirilən etiraz aksiyası başa çatıb.

 

Bu barədə "Report"un Avropa bürosunun aksiyanı işıqlandıran əməkdaşı xəbər verib.

 

"Unter Der Linden" meydanında keçirilən aksiya daha sonra yürüşlə davam edib.

 

Aksiyada azərbaycanlılar, türkiyəlilər, Qaşqay türkləri iştirak ediblər. Onlar "Azadlıq, Ədalət, Milli Hökumət” şüarını səsləndiriblər.

 

Aksiya iştirakçıları bəyanat da yayıblar. Bəyanatda deyilir:"Azad dünyanın ayıq vicdanları!

 

İran vətəndaşları uzun illərdir ki, demokratiyanın bərqərar olması üçün mübarizə aparır. İran rejiminin zorakı və qeyri-insani davranışları nəticəsində minlərlə vətəndaş həyatını itirib, həbs edilib, işgəncələrə məruz qalıb və ya ağır xəsarətlər alıb. Xüsusilə son aylarda bütün ölkəyə bir inqilab dalğası yayıldı, amma təəssüf ki, rejim bu dalğanı zorakılıq və qəddarlıqla yatırtdı, yüzlərlə insanı qətlə yetirdi, minlərlə insanı yaraladı, on minlərlə insanı həbs edib işgəncələrə məruz qoydu. İran rejimi dərin siyasi, iqtisadi, sosial və ekoloji böhranlarla üzləşsə də, normal bir dövlətin əsas tələblərini yerinə yetirə bilməsə də, ölkədə yoxsulluq, işsizlik və korrupsiya tüğyan etsə də, təəssüf ki, hələ də daxildə vətəndaşlara zülm etməyə, eləcə də regionda və dünyada terror yaymağa davam edir.

 

Güney Azərbaycanda və İranın digər bölgələrində yaşayan türklər ölkə əhalisinin nisbi əksəriyyətini təşkil edib, ölkənin tarixində və quruluşunda mərkəzi rol oynasa da, İrandakı digər əzilən xalqlar kimi bu gün öz təməl iqtisadi, siyasi, mədəni və ictimai hüququndan məhrumdur. Millətimiz bir əsrdən artıqdır ki, öz fundamental hüquqları uğrunda mübarizə aparır və bu gün də “Azadlıq, Ədalət, Milli Hökumət” strateji şüarı ilə demokratik tələbləri uğrunda mübarizəsini davam etdirir. Millətimiz bu mübarizəyə görə çox əziyyətlər çəkib, lakin azadlıq və ədalət uğrunda mübarizəsini heç vaxt dayandırmayıb.

 

Həmçinin, İran rejimi vətəndaşlarımıza qarşı zülm və təzyiqləri o həddə çatdırıb ki, cəmiyyətin ən məsum və müdafiəsiz hissəsini, tələbə qızları kimyəvi hücumlarla hədəfə alır. Aylardır ki, İran rejimi bu cani hücumların məsul şəxslərini tapmayıb, halbuki həmin rejim bir neçə gün ərzində küçə etirazçılarında iştirak edən insanları həbs edib. 

Biz bu mitinqin iştirakçıları olaraq bununla bütün azad dünyadan tələb edirik ki, İrandakı bütün əzilən xalqlara, o cümlədən Güney Azərbaycanda və İranın digər bölgələrində yaşayan türklərə bu rejimdən qurtulmaq və demokratik hüquqlarını əldə etmək üçün kömək etsinlər.

 

Biz dünya dövlətlərindən İran rejiminin savaş və terror ixrac etmək siyasətləri qarşısında səssiz qalmamasını tələb edirik, hansı ki nümunələrini Azərbaycan, Suriya, Yəmən, Livan, Ukrayna və s.-də görürük. Biz İran rejiminin düşmənçilik və avantürist siyasətinə məruz qalan bütün xalqlarla birgə olduğumuzu bildiririk və xüsusilə bəyan edirik ki, İran rejiminin düşmənçilik siyasətinə qarşı Şimali Azərbaycandakı bacı və qardaşlarımızın yanındayıq.

 

Biz ayrıca Güney Azərbaycanın hüquqlarını beynəlxalq aləmdə müdafiə edənlərə də təşəkkür edirik. İsrail parlamenti millət vəkillərinin millətimizin hüquqlarının müdafiəsi ilə bağlı məktubu İsrail və Azərbaycan millətlərinin dostluq və məhəbbətinin mükəmməl nümunəsi idi və ona görə də təqdirəlayiqdir. Təbii ki, Güney Azərbaycanın hüquq və azadlıqlarını beynəlxalq aləmdə dəstəklədiyinə və müdafiə etdiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığımızı bildirməliyik, çünki onun sayəsində Güney Azərbaycan məsələsi dünya ictimaiyyətinin diqqət mərkəzində yer almışdır".

 

**17:21


Almaniyanın paytaxtı Berlində 2006-cı ildə İranda baş verən 22 may (1 Xordad) hadisələrinin növbəti ildönümü ilə əlaqədar etiraz aksiyası başlayıb.


"Report" xəbər verir ki, "Unter Der Linden" meydanında toplaşan etirazçılar əllərində müxtəlif şüarlar, Azərbaycan və Güney Azərbaycanın bayraqlarını tutublar.


Aksiyada azərbaycanlılar, türkiyəlilər, Qaşqay türkləri iştirak edirlər. İrandan didərgin salınan və dünyanın müxtəlif ölkələrində məskunlaşmış Güney Azərbaycandan olan soydaşlarımız xüsusi fəallıqları ilə seçilirlər.   


Onlar "Azadlıq, Ədalət, Milli Hökumət” şüarını səsləndirirlər.


Bir qədər sonra aksiyada çıxışlar olacaq. 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.