Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanı qaçırmaqda ittiham olunan Qayane Hakopyanın azad edilməsi tələbi ilə İrəvanda etiraz aksiyası keçirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, etirazçılar müharibədə ölən erməni əsgərin anasının həbsdən buraxılması ilə bağlı çağırışlar ediblər.
Eyni tələblə Rusiya və Fransa səfirliklərinin qarşısında da aksiya keçirilib.
Qeyd edək ki, Aşot Paşinyanı qaçırmaqda ittiham edilən Qayane Hakobyan 1 aylıq həbs olunub. O, ittihamları rədd edir.