Ukrayna Prezidenti Volodimir Zelenski qızğın döyüşlərin getdiyi Baxmut şəhərinin ələ keçirildiyini etiraf edib.
“Reuters” xəbər verir ki, bu barədə dövlət başçısı Yeddilik Qrupunun (“G7”) sammitində jurnalistlərin Baxmutun Kiyevin nəzarətində qalıb-qalmadığı barədə sualını cavablandırarkən bildirib.
“Düşünürəm ki, yox. Bu gün Baxmut ancaq bizim qəlbimizdədir”, - o, ABŞ Prezidenti Cozef Baydenlə görüşdən öncə açıqlayıb.
Bunun faciə olduğuna deyən Ukrayna lideri "şəhərdən heç nə qalmadığını" vurğulayıb.
Xatırladaq ki, ötən gün Yevgeni Priqojının başçılıq etdiyi "Vaqner" özəl hərbi şirkəti, daha sonra isə Rusiya Müdafiə Nazirliyi Ukraynanın Baxmut şəhərini ələ keçirdiyini açıqlamışdı.