Əhməd Obalı və oğlu əməliyyat olunub: VƏZİYYƏTLƏRİ ORTA-AĞIRDIR

“Əhməd Obalı və oğlu Dəniz baş-boyun nahiyəsindən əməliyyat olunub, vəziyyətləri orta-ağırdır”.

 

Bunu “Report”a açıqlamasında Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahova deyib.

 

Onun sözlərinə görə, güneyli milli fəalın oğlu Dənizin vəziyyəti daha ağırdır: “Mütəmadi olaraq Əhməd  Obalının həyat yoldaşı Nahidə xanımla əlaqə saxlayıram. Nahidə xanım bildirib ki, hər ikisinin boyun nahiyəsində baş tutan əməliyyat yaxşı keçib, ancaq nəticəni zaman göstərəcək. Həm Ə. Obalı, həm də oğlu Dəniz əl və ayaqlarını hiss etmir. Ə. Obalının ciyərlərindən aldığı ağır zərbələrə görə həkimlər onun danışmasına hələ ki, icazə vermirlər. Həkimlər heç kimi Ə. Obalı və oğlunun olduğu otağa buraxmırlar”.

 

F. Pənahovа bildirib ki, planlı hazırlanan cinayətdə məqsəd Ə. Obalı və Dənizin boynunu sındıraraq öldürmək imiş: “Nahidə xanım ağır psixoloji sarsıntı keçirib. O, yoldaşının, oğlunun və özünün təhlükəsizliyi ilə bağlı qorxu içindədir. Ümid edirik ki, ABŞ polisi baş verənlərə hüquqi müstəvidə cavab verəcək”.

 

Qeyd edək ki, Güney Azərbaycan Televiziyasının (Günaz.TV) qurucusu və rəhbəri, ABŞ-da mühacir həyatı yaşayan, güneyli milli fəal Əhməd Obalı may ayının 21-də səhər saatlarında Kaliforniya ştatında kimliyi naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.