Məşhur komediya ustası Cem Yılmaz mayın 28-də keçiriləcək seçkilərin ikinci turunda “Millət” İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlunu dəstəkləyəcəyini bir daha açıqlayıb.
Musavat.com xəbər verir ki, Cem Yılmaz bununla bağlı çağırış edib.
İkinci tur seçkilərdə Kılıçdaroğlunu dəstəklədiyini açıqlayan Cem Yılmaz "Twitter" hesabındabında bunları yazıb: "Sürpriz! İkinci turda Kamal başqana səs verəcəyəm. Siyasəti sevməmək ilə vətəndaşlıq vəzifəsi eyni şey deyil. Gənclər, lütfən, ən vacib vəzifənizi yerinə yetirin. Qutuların yanında tər tökən bütün dostlarımıza uğurlar arzulayır və təşəkkür edirəm”.