Türkiyədə prezident seçkiləri: ƏRDOĞAN QALİB GƏLDİ
YENİLƏNİB

Türkiyə prezident seçkilərinin ikinci turunda seçki qutularının 99,99 faiz açılıb.

 

Senzor.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Ali Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener deyib.

 

O qeyd edib ki, Rəcəb Tayyib Ərdoğan seçicilərin 51,92 faizinin səsini qazanaraq Türkiyə Prezidenti seçilib.

 

**20:44

Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində seçki qutularının 91,55 faizi sayılıb.

 

“Haber Globala” xəbər verir ki, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 52,61 faiz səslə öndədir.

 

“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 47,39 faiz səs toplayıb.

 

İki namizəd arasında 2,6 milyondan çox səs fərqi var.

 

**19:45



Türkiyədə prezident seçkilərinin ikinci turunda seçki qutularının 66,7 faizi açılıb.


Yerli KİV xəbər verir ki, ilkin nəticələrə əsasən, Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan seçicilərin 54,78%-nin (18,335,319), Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu isə 45,22%-nin (15,133,628) səsini qazanıb.

**19:25

Türkiyə prezident seçkilərinin ikinci turunun ilkin nəticələri açıqlanır.


Bu barədə “Anadolu Agentliyi“ məlumat yayıb.


Qeyd olunub ki, seçki qutularının 42.78%-i açılıb. Məlumata əsasən “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan seçicilərin 57, 09% (11.499.994), “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu isə 42,91%-nin (8.642.542 ) səsini qazanıb.


**19:16

Türkiyədə keçirilən ikinci tur prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.


Bu barədə "Yeni Şafak" nəşri xəbər verir.


Belə ki, səsvermə bülletenlərinin 21,05 faizinin işlənməsinin nəticələrinə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 60,07 faiz səs qazanıb.


“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 39,3 faiz səs toplayıb.

**18:13

Türkiyədə prezident seçkilərinin ikinci turu üzrə səsvermə başa çatıb.


Senzor.az xəbər verir ki, yerli vaxtla saat 17:00-da bütün seçki məntəqələrində səsvermə yekunlaşıb və məntəqələr bağlanıb.


Hazırda səslərin sayılmasına başlanılır.


İlkin nəticələrin bir qədər sonra açıqlanacağı gözlənilir.


Qeyd edək ki, səsvermə yerli vaxtla səhər saat 08:00-da başlamışdı.


Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplamadığı üçün bu gün səsvermənin ikinci turu keçirilib. Türkiyə tarixində ilk dəfədir ki, prezident seçkiləri ikinci tura qalır.

**09:58

Türkiyədə prezident seçkilərinin ikinci turu üzrə səsvermə başlayıb.

 

Senzor.az xatırladır ki, prezident vəzifəsi uğrunda 2 namizəd mübarizə aparır. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğludur.

 

“Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşiblər.

 

“Millət İttifaqı”nda isə Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunurlar.

 

Səsvermə yerli vaxtla səhər saat 08:00-da başlayıb, saat 17:00-da başa çatacaq

 

Mərkəzi Seçki Komissiyası ilkin nəticələri səsvermə bitəndən sonra açıqlamağa başlayacaq.

  

**23:54(27.05.2023)



Sabah Türkiyə tarixində ilk dəfə olaraq prezident seçkilərinin ikinci turu keçiriləcək. 

 

Senzor.az bildirir ki, dövlətin ən ali postu uğrunda hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan və Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu arasında mübarizədə qalib səs çoxluğu ilə müəyyənləşəcək.

 

Ölkənin Yüksək Seçim Qurumunun (MSK) məlumatına görə, Ankara vaxtı ilə saat 08:00-dan 17:00-a qədər fəaliyyət göstərəcək səsvermə məntəqələrində ümumilikdə 191 mindən çox seçki qutusu qurulacaq. Ölkə daxilində 60 milyondan çox seçici səsvermədə iştirak edə biləcək.

 

Dünyanın 73 ölkəsində yaşayan 3,5 milyona yaxın Türkiyə vətəndaşı üçün təşkil olunan seçki prosesi mayın 24-də başa çatıb. Gömrük məntəqələrində isə səsvermə sabah yerli vaxtla saat 17:00-dək davam edəcək. Xarici ölkələrdən Türkiyəyə gətirilən bülletenlər Türkiyədə səsvermə başa çatdıqdan sonra sayılacaq.

 

Xatırladaq ki, mayın 14-də keçirilən prezident seçkilərinin ilk turunda Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kamal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Seçici fəallığı 88,92 faiz təşkil edib.

 

İlk turda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilmədiyi üçün Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu səsvermənin ikinci turunda mübarizəni davam etdirirlər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.