Niaqara şəlaləsi 28 May-Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağının rənglərində işıqlandırılıb.
Senzor.az bildirir ki, ABŞ-la Kanada arasında yerləşən dünyaca məşhur Niaqara şəlaləsi ABŞ vaxtı ilə saat 22:30-da Azərbaycan bayrağının rənginə boyanıb.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105-ci ildönümünə həsr olunmuş mərasim Birləşmiş Ştatların Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) təşkilatçılığı ilə baş tutub. Azərbaycan bayraqları ilə şəlalənin ətrafına dövrə vuran həmvətənlərimiz yallı sədaları altında rəqs ediblər.
Heyrətamiz görüntüyə bürünən Niaqara şəlaləsi ərazini ziyarət edən turistlərin və yerli sakinlərin diqqətini cəlb edib.