Moskvaya pilotsuz uçuş aparatları (PUA) ilə hücumun heç bir mənası yoxdur və hərbi əməliyyatların gedişinə təsir göstərmir.
Çeçenistan rəhbəri Ramzan Kadırov bunu "Telegram" kanalında yazıb.
O hesab edir ki, bu cür hücumlar “böyük məğlubiyyətlərdən sonra diqqəti cəlb etmək" məqsədi daşıyır.
“Moskvaya PUA hücumunun heç bir taktiki, strateji və hətta psixoloji mənası yoxdur. Hərbi sahədə təhsil alanlar bunu başa düşürlər. Müharibə tamam başqa yerdə gedir”, – Ramzan Kadırov qeyd edib.
Kadırovun fikrincə, belə halların qarşısını almaq üçün Rusiyada hərbi vəziyyət elan edilməlidir.
Xatırladaq ki, mayın 30-da səhər tezdən Rusiyanın paytaxtı Moskva şəhəri pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
Mətbuatda 10-25 PUA-nın hücum etməsi barədə məlumat yayılsa da, Rusiya Müdafiə Nazirliyi hücumda 8 PUA-nın iştirak etdiyini bildirib.