Kamal Kılıçdaroğlunun rəhbərlik etdiyi Cümhuriyyət Xalq Partiyasının (CHP) İdarə Heyəti Türkiyədə prezident seçkilərinin ikinci turunda müxalifət liderinin məğlubiyyətindən sonra cümə axşamı tam tərkibdə istefa verib.
CHP-nin rəhbər orqanının toplantısı 4,5 saat davam edib və mətbuata bağlı keçirilib.
Məlumata görə, Türkiyənin tarixən ilk partiyasının rəhbərliyinin 17 nümayəndəsi istefa verib.
Yerli mətbuatın yazdığına görə, Kılıçdaroğlu 2010-cu ildən CHP-yə rəhbərlik etsə də, ümumxalq seçkilərində bir dəfə də olsun qalib gəlməyib. Bu səbəbdən də liderin dəyişməsinin zəruriliyi barədə fikirlər səslənir. Lakin Kılıçdaroğlu bir müddət əvvəl vəzifəsini tərk etmək fikrində olmadığını bildirmişdi.