DİN-dən özünü polis kimi təqdim edən şəxslə bağlı açıqlama
“İCRAATDAN YAYINMAQ ÜÇÜN HƏQİQƏTƏ UYĞUN OLMAYAN İDDİALAR SƏSLƏNDİRİR"

Sosial şəbəkələrdə özünü polis əməkdaşı kimi təqdim etməklə iddialar səsləndirən şəxsin görüntüləri yayılıb.

 

Asim Kərimov adlı şəxsin iddiasına görə, Binəqədi Rayon Polis İdarəsinə yeni təyin olunan rəis İlqar Məmmədov onu məzuniyyətdən geri çağıraraq xidmətdən xaric edib. O deyir ki, tanımadığı şəxslər tərəfindən ona böhtan atılıb: “Hazırda isə İlqar Məmmədovun göstərişi ilə Avtovağzal ərazisində İsmayılov Xəqani, Kələntərli Vurğun, Bərhud Əkrəm hər bir sprinterdən 35-40 AZN, “Vita”lardan 15-20 AZN aralığında pul yığır. Xahiş edirəm, bu barədə düzgün araşdırma üçün göstəriş verəsiniz”.

 

Senzor.az bildirir ki, məsələyə Daxili İşlər Nazirliyindən (DİN) reaksiya verilib. DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev həmin şəxsin polis orqanlarında xidmət etdiyini və xidmət etdiyi dövrdə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında mart ayında ciddi nöqsanlarına görə Binəqədi RPİ rəisinin əmri ilə daxili işlər orqanlarından xaric olunduğunu bildirib.

 

Onun sözlərinə görə, sonradan Asim Kərimov özünü polis əməkdaşı kimi təqdim etməklə vətəndaşlara qarşı qanunsuz əməllərini davam etdirib: "Qanunsuz əməllərinə görə onun barəsində araşdırma başlanılıb. Buna görə o, barəsində aparılan icraatdan yayınmaq üçün sosial şəbəkələrdə əsassız, həqiqətə uyğun olmayan iddialar səsləndirir".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.