Gürcüstan Prezidenti Saakaşvilini azadlığa buraxmağı təklif etdi - ELEKTRON QOLBAQLA

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkənin sabiq rəhbəri Mixail Saakaşvilini elektron qolbaqla həbsdən azad etməyi təklif edib.

 

S.Zurabişvili bu barədə Fransa telekanalına verdiyi müsahibədə deyib.

 

“Hesab edirəm ki, ona (Mixail Saakaşvilini nəzərdə tutur - red.) yaxşı münasibət göstərilməlidir, çünki dünyada həbsə məhkum edilmiş bir çox başqa prezidentlərlə məhz belə rəftar edilir. Bizim bildiyimiz elektron qolbaqlar var, həmçinin Avropa İttifaqına daxil olmağa namizəd ölkə üçün daha uyğun cəza vermək formaları var”, - deyə qadın siyasətçi vurğulayıb.

 

Gürcüstan Prezidentinin Saakaşvilinin səhhətini nəzərə alaraq onu əfv etmək niyyətində olub-olmaması ilə bağlı suala cavab verən siyasətçi söyləyib ki, hətta bu baş versə belə ölkəyə dəymiş ziyanı kompensasiya etmək mümkün olmayacaq.

 

S. Zurabişvili əlavə edib ki, eks-prezidentin həbsi Gürcüstanın Qərbdəki imicinə ciddi ziyan vurub.

 

“Bu, məni narahat edir və mən bu vəziyyəti düzəltmək üçün əlimdən gələni edirəm”, - deyə Salome Zurabişvili fikrini tamamlayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.