Mərkəzi Bankın İdarə Heyətinə yeni səlahiyyətlər veriləcək

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinə yeni səlahiyyətlər verilir.

 

Senzor.az bildirir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Mərkəzi Bankın İdarə Heyəti maliyyə bazarlarını tənzimləyən qanunlara müvafiq olaraq bu sahədə lisenziyaların verilməsi və ləğv edilməsi, maliyyə bazarlarını tənzimləyən qanunlarda nəzərdə tutulmuş hallarda Mərkəzi Bankın nəzarət etdiyi subyektlərdə müvəqqəti inzibatçının təyin olunması və fəaliyyətinə xitam verilməsi, habelə rezolyusiya tədbirlərinin görülməsi barədə qərar qəbul edəcək.

 

Mərkəzi Bank maliyyə bazarlarının fəaliyyətinin sabitliyi və dayanıqlığını təmin etmək məqsədilə banklar, bank olmayan kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya şirkətləri və qiymətli kağızlar bazarında digər lisenziyalaşdırılan şəxslər, investisiya fondları, investisiya fondunun idarəçiləri, klirinq (prosessinq) fəaliyyətini həyata keçirən şəxslər, kredit büroları və maliyyə bazarlarını tənzimləyən qanunlarla Mərkəzi Bankın nəzarət etdiyi subyektlər kimi müəyyən edilən digər şəxslərin (nəzarət subyektlərinin) fəaliyyətinin lisenziyalaşdırılmasını, tənzimlənməsini və fəaliyyətləri üzərində nəzarəti həyata keçirəcək.

 

Eyni zamanda İdarə Heyəti hüquqi şəxslərin yaradılması və (və ya) onlarda iştirak və sosial layihələrin (tədbirlərin) maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edəcək, məşvərətçi daxili komitələr yaradacaq və onların əsasnamələrini təsdiq edəcək, fond birjasından kənarda qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə ticarətin təşkil olunduğu digər ticarət sistemini müəyyən edəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.