Mir Şahin təbiət hadisəsidir - kataklizmdir! - ADAM MAKROSKOPLAR MİKROSKOPUDUR!
QARDAŞI REAL TV-NİN RƏHBƏRİ HAQDA YAZDI

On bir il böyükdür məndən, on bir min metr yüksəklikdə. Və yəqin ki, mən ona həmişə aşağıdan yuxarı baxacam. Sözün Peyqəmbəri və hələ də Mehracda olan adam! Bəzən qara bulud, bəzən lopa qar, bəzən dolu, bəzən yağış, bəzən yandırıcı Günəş, bəzən də Qara Çuxa! Mir Şahin, təbiət hadisəsidir. Mir Şahin kataklizmdir! Bir ana çığırtısı, bir ata sevinci, bir qonşu muştuluğu deyil! Mir Şahin iki sözün birləşməsindən ibarət, bit(mə)miş bir fikrin ifadəsidir, Mir Şahin Cümlədir! Mir Şahin şəxsən mənim üçün Əlifbadan qabaqkı dövrdür! 

 

İlk dərsliyim, ilk çantam, ilk qovluğum, ilk rəngli qələmim, hətta təkMİL(li) nümunə dəftərimdir. O, mənim üçün Eradır! Ömür tariximin iki dövrü var! Mir Şahindən qabaq və Mir Şahindən sonra!

 

Bunları nəyə görə yazdım? Çünki hər kəsin öz təqvimi var. Əvvəli, ortası, sonu! Nədən sonra nəyin, kimdən sonra kimin gəldiyini özü çox yaxşı bilir insan! Mir Şahin mənim təqvimimdə adi günlər, qırmızı və qara xətlə qeyd etdiyim, bayram və matəmlərdən ibarət "ömür" gündəliyimdir, HƏYATIMDIR! Mənim üçün "əl ağacı", boyunlarına almasalar da bəziləri üçün "çorək ağacı"dır! Adam hər kəsin yanındadır, o cümlədən də Dövlətin! Dövlətin isə "kölgəsinin qalın" olmasında, bu cür insanların sayı az rol oynamır! Vətəndaş muğayat olmalıdır bu adamlardan! "İt ağzı", küt(lə) bıçaq ağzına verməməlidir, əzdirməməlidir onları! Satmamalıdır bu insanları qəpik-quruşa, sentə, tümənə! Mr Şahin kimi adamların ölmuş bir "kleşşi" qiymətlidir, gübrədir, zəmindir, sağlam düşüncə üçün, dövlətçilik üçün! 

 

Onu təhlil (analiz) etmək olmaz! Bu işin laborator Professoru yalnız Mir Şahin özüdür! Bəzən onun gördüyünü heç birimiz görmür, gözümüzün qabağında, burnumuzun ucunda olsa belə. ADAM MAKROSKOPLAR MİKROSKOPUDUR!

Miri stereotip düşüncələr qənimidir. Bir mental düşüncə, bir Atalar Sözü, hansısa Uzmanın seminarında, onun "atasını yandıra", bütün elmi nəaliyyətlərini alt-üst edə biləcək qədər güçdür! Adam illərlə çalışıb, araşdırmalar aparıb, elmin, ziyalılığın zirvəsində mühazirə söyləyir. Birdən o zalda oturan nadürüstün biri, bu Uzmanın atasının nə vaxtsa Çoban(olduğunu) işlədəyini bilir və yerindən: "Ot kökü üstündə bitər" replikası atır! Bu eyhamı nadürüst, Uzmanın əziyyət və "zəhmət oğlu" olduğuna ehtiram məqsədi ilə vurğulamır! Hamımız bunu çox gözəl bilirik! Məqsəd aşağılamaqdır! Mir Şahin atalar və oğullar konsepsiyasını, "sözlərini" dəyişdi! Peşəkarlar sözü ilə. Ata da, oğul da peşəkar olmalıdır. Hər iki tərəfin sözü olmalıdır, deməyə. Təkcə ataların yox! 

 

Mir Şahinə nə qədər atalar deyib: "Otur, oturduğun yerdə", heç bilirdiniz? O məntiqlə Mir Şahin harada idi, heç ağlınıza gətirə bilirsiniz? Adam heç kimə qulaq asmadı! Oturmadı, durdu, yürüdü, dövlətinin arxasınca, marafona qoşuldu! Təntimədən, təngənəfəs olmadan, birnəfəfsə! Qalib Azərbaycanlı olana qədər! "Zəfər" yürüşünün qalibi bir nəfər olmur! Boynunuza alsanız da-almasanız da, Mir Şahin həmişə ön sıralarda olub! Onun isə bu Sərəfli Bayrağın altında dayanmaq haqqı bir çoxundan daha artıqdır! Bayraq altında dayanmaq haqqını əldə etməkdən ötrü isə bayrağın yanında, onunla çiyin-çiyinə dayanmaq lazımdır! KİM DEYİR Kİ, BAYRAQDAN ÖNDƏ OLMAQ OLMAZ?! BAYRAQDAN YUXARI OLMAQ MÜMKÜN DEYİL ANCAQ! Onda dövlət sizə "Vətənə Xidmət" haqqını ödəcəyək! Üzvlük haqqı isə Azərbaycanı sadəcə və sadəcə sevməkdir! Bir qadını, bir oğulu, bir qızı, bir evi yox, bütöv bir dövləti sevmək! Mir Şahin dövləti sevdi! Onu bu yolda tək buraxan, hətta təkləyən "dost"ları da azanda, o "duman"lı, "tutqun" baxılşlarının sonunda yenə də Mir Şahini, Dövləti görəcəkdilər yanlarında! Xilaskar kimi, düz yolun qibləgahı (kompası) kimi!

 

Mir Şahin heç bir peyqəmbərdən az zülm ÇƏKMƏyib, AYAQlamayıb bu dünyada! Zaman ötdükcə özünü onun (güya) əshabəsi kimi göstərən yalan xəbər mənbələri ilə çox rastlaşacaqsınız. Gələcəkdə mübahisələrə ehtiyac qalmasın deyə, indidən bu böyük adamı tanımaq imkanınız var! Yanında olmağınız vacib deyil. Verdiklərinə, indiyə qədər yayımladığına baxın. Həqiqi xəbəri ikinci, üçüncü əldən yox, "əlahəzrətin" özündən eşidin. Eksklüziv siz olun! "Real" təsəvvür, təhlil imkanlarınız ola-ola, niyə özgələrindən təhrifə uğrayan, məruz qalan faktla üz-üzə qalasınız ki?!

 

Azərbaycan dövlətinə dua edə-edə, amma eyni zamanda da onun yanında olanları, onu müdafiə edənləri, Vətən yolunda hər şeyindən keçməyə hazır olanları söymək, təhqir etmək olmaz!

Dövlətin iradəsi təkcə təltif və tərif deyil. İradə nümayişi hətta özününkülərə cəza tətbiqidir həm də. Etiraf edək ki, qanun aliliyi qapımızı döyəndə, biz hər dəfə onu gülərüzlə, sevinclə qarşılamırıq. "Nə var, niyə gəlmisən?" mısmırığı ilə az danışmamışıq, dovlətlə "qapı arxası"ndan! Anlamamışıq ki, dövlət həm də ailə məcəlləsidir, "vicdan kodeksi" dir! O bəzən sənin ailəni, səndən gələn ziyana görə də qorumaq ixtiyarına malikdir və lazım gəlsə sənin ailənə, səndən də qat-qat yaxşı sahib çıxa bilər! 

 

Ataya, anaya, qardaşa, bacıya, qohub-əqrabaya, müdirə, hətta "xaricə" işləyəndə alqış, amma dövlətə işləyəndə "söyüş payı" olmamalıdır, heç kim! 

Sosial şəbəkənin "yırtiq lateks"indən özünə, üzü bu dünyaya yol tapan vələdüzna qövmü, həmişə hər şeyə asi olacaq! O hər şeyin düşmənidir, nəinki Mir Şahinin, dövlətin də, xalqın da! Bu qövm dövlətin uğurunu o qədər ağırlıqla qəbul edir ki, nə qolları o uğuru qaldıra bilir, nə də gözü götürə bilir! Azərbaycan vətənDAŞI olmaq, çox ağır gəlir onlara.

MİR ŞAHİNİN ANADAN OLDUĞU GÜN, ONUN HƏM DƏ DÜŞMƏNLƏRİNİN MATƏM GÜNÜDÜR!

BAŞINIZ, SAĞ OLMASIN!

Özümü normal araşdırmaçı, müşahidəçi hesab etmişəm həmişə! Bir şeyi dəqiqləşdirdim bu günlərdə. Dünyanın heç bir televiziyasında 60 yaşında Mir Şahin kimi qıvraq, aktiv ikinci jurnalist yoxdur! Onlar artıq CANLI (efirdə) deyillər, reportaj dalınca yeriyə də bilmirlər hətta. Onlar qonum-qonşu xəbərinə inanırlar ancaq. Nə Fiks, nə Pozner, nə də Molçanov və sair, heç biri Mir Şahin yaşında jurnalistlik etməyib və etmirlər! Bunu diqqətinizə ərz etməyi özümə borc bildim ki, xəbəriniz olsun! 60 il (o andangəlmə jurnalistdir) informasiya daşıyıcısı kimi fəaliyyət göstərmək hər oğulun işi deyil. Nəinki oğulun, heç bir atanın belə işi deyil! 

Zarafat deyil, bu dünya rekordudur! Mir Şahin öz rekordunu ən azı daha 10 il təzələmək potensialı olan jurnalistdir. 

Adam dövlət aşiqidir. O hətta ailə məclislərində belə oğul-qız sağlıqlarının BAŞINDAN KƏSİR, DÖVLƏTƏ PAY EDİR! Dövləti başa keçirir, başda Azərbaycan otursun deyə!

 

Fərdi istiqbal arzusunda olanlar, onu çətin başa düşüb, çətin anlayıb həmişə. 

Mir Şahinin əksər ətrafı Mir Şahinin "yerlisi", qohumu-əqrabası ola bildilər ancaq. MİR ŞAHİN OLMAQ İSTƏMƏDİLƏR! Bu gün isə tam səmimi deyə bilərəm ki, " içimizdə" Mir Şahin olmaq istəyənlər var. Onlar artır. Bu adamlar çox gözəl bilirlər ki, hər hansı icra strukturunun binası önündə Mir Şahinin qohumu kimi yox, BMT də Azərbaycanlı kimi oturmaq və ya Azərbaycanı sevməyənləri "oturtmaq" daha vacibdir!

 

Hər fərdi uğur dövlətə yararlı olmalıdır! 

Mir Şahinin ancaq dövlətə, millətə, xalqa işlədiyi yerlərinin adı dəyişib. Onun bu dövlət uğrunda çalışdığı bütün iş yerlərinin bir ünvanı var-Azərbaycan! 

Bu ünvandan da, məhz bu gün (dünən-red.) üçün daha bir şad xəbər aldıq. Ali BAŞ Komandan, Prezidentimiz İlham Əliyev MirŞahin Ağayevi 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edib! O, BİLİR NƏYİ, NƏ VAXT, NECƏ EDİR!

 

Nə olar, bu gün də sinəni başqa cür qabağa verdin. Vətənə gorə sinəsini nişangaha çevirənlər həm də VƏTƏN NİŞANINA, ORDENİNƏ TUŞ GƏLİRLƏR, ƏZİZ QARDAŞIM!

 

ŞİNELİNDƏN BİR ORDU ÇIXAN SIRAVİ ƏSGƏR MİR ŞAHİN, TƏBRİK EDİRƏM!

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.