Bərdə niyə “Partav” adlanırdı? – SƏRBƏST TRİBUNA
Azərbaycanın tarixində  saxtakar erməni tarixçilərinin  mifologiya əsasında yaratdıqları və bizim alimlərin də tədqiqat obyektinə çevrilmiş   saxta “Alban dövləti”nin tarixində Partav şəhərinin adı çəkilir. Əslində “Alban dövləti” haqqında uydurmalar XIX əsrdə yəhudi lobbisinin meydana gəlməsilə ermənilərin onları  yamsılaması əsasında dövlətsiz ermənilərə dövlət yaratmaq sevdası fonunda yaranmışdır. Gerçəkdə nə Alban dövləti, nə xalqı, nə də onun dili   olmamışdır. Ermənilər müsəlmanların ziyarətinin qadağan olunduğu Azərbaycanın alban kilsələrində saxlanılmış Musa Kalankatlının (Qalınqatlı) salnaməsini ələ keçirərək onu məhv edib, özlərinin uydurmaları əsasında XI əsrə də aid olan mifoloji bir uydurma yaratmışlar. Məqsəd “yoxa çıxmış Alban dövlətini bərpa etməkdir”.
 
Kitablarında bütün padşahların adları erməniləşdirilimiş, lakin Cavanşirin adı tarixə düşdüyünə görə ona gücləri çatmamış, əvəzində onun atasının adını erməniləşdirərək Varaz Qriqor adlandırmışlar. Ad çəkmək istəmirəm. “Məşhur” Albaniya haqqında bizimkilərin yazdığı kitabın 444 mənbəsindən 400-ə yaxnı birbaşa erməni, qalan əksəri isə ermənipərəst müəlliflərdirlər... Əslində Alban kimdir? Romalılar tərəfindən zəbt olunmuş İngiltərədə hərbi xidmətdə olan Alban adlı əsgərin xristian missionerin təbliği ilə xristianlığı qəbul etmiş və ordu içərisində xristianlığı yaydığına görə boynu vurulmuş “İsanın din qardaşı və xristianlığın ilk şəhidi”dir. IV əsrin ortalarına yaxın bir tarixdə II Konstantin tərəfindən təqib olunan xristianlıq dini dövlət tərəfindən tanınmış və xristian dininin əsas atributu olan kilsələr tikilərkən təqib olunan xalqla barışıq üçün inşa edilmiş kilsələrə   onlar üçün müqəddəs sayılan Albanın adı verilmişdir. Məhz bu səbəbdən də Albanın adına olan kilsələr vaxtı ilə Roma əyalətləri olan Avropa və Asiya dövlətlərində mövcuddur (Mən öz səhifəmdə Alban dövləti məqaləmdə daha geniş yazmışam).
 
Keçək mətləbə. Tarixdən məlumdur ki, Azərbaycanın  Partav və Paytakaran şəhərləri romalılar tərəfindən salınmışdır. Ellinizm dövrünün şəhərsalma mədəniyyəti Roma imperatorluğu tərəfindən təqdir olunmuş və onlar sahib olduqları ərazilərdə bu tendensiyanı davam etmişlər. Nümunəvi sayılan ellinizmin Sparta meqapolisi “şəhər” simvoluna dönmüşdür. Məhz romalılar istər dil cəhətdən, istərsə də mədəniyyət cəhətdən ellinizmin təsirindən çıxa bilməmiş və onun əlamətlərini özlərində saxlamışdılar. Əgər diqqət versək bu təsiri Partav adında da görə bilərik. ”Sparta” sözündəki “p” partlayışlı səsinin gücü nəticəsində sözdə olan “s” səsi yerli ləhcədə düşmüşdür. Nəticədə “Parta, Partav” şəklində  VII əsrə, ta ərəblərin gəlişinə qədər bu cür adlanmışdır. Ərəblər Azərbaycana gəldikdə onlarda “p” hərfi olmadığından həmin hərfi “b” ilə əvəz edərək oranı “Bərdə” adlandırmışlar (həmin tendensiya bu   gün də davam edir. Məs: Petrov-Betrof, pepsi-bebsi və s.).
 
Sual oluna bilər ki, “Partav” şəhərinin  adını hansı mənbənin  əsasında “Sparta” kimi adlandırmışam?.. Musa Kalankatlının dəyişdirilə bilinməyən bəzi qeydlərində göstərilir ki, Azərbaycanda  həmin dövrdə xristianlığın mövcud olması səbəbindən romalıların davamçısı olan Bizans imperatorluğundan  asılılığı var idi. Azərbaycanın hökmdarı Cavanşir Ərəb Xilafətinin yürüşündən qorunmaq üçün məktub göndərərək imperatorla görüş almışdır. Bizans imperatoru onu təmtəraqlı şəkildə qəbul etmiş,  , hədiyyələr vermiş və ona “Sparapeti” kimi dini titul vermişdir. Məlumdur ki, Partav şəhəri həmin dövrdə Azərbaycanın paytaxtı olmuşdu. “Sparapeti” sözünün 1-ci hissəsi Spara (şəhərin adı), 2-ci hissəsi “Peti” isə “Patrik, patrisiya” sözündən olub dini başçılara verilən dini  tituldur. Ermənilər bu titulu özününküləşdirir və onu “ordu başçısı” simvolu kimi işlədir. Yəqin ki, bu Cavanşirə verilən titulu ermənilər tərəfindən mənimsənilməsidir. BÜTÜN mədəni irsimizə “sahib” çıxdıqları kimi.
 
Həsən ƏLİYEV
[email protected]





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.