Tramp: “Amerikaya qaçqınlar lazım deyil”
VİDEO

Xarici vətəndaşların ABŞ-da sığınacaq üçün müraciətlərinə baxılmasının dayandırılması uzun müddət davam edəcək.

 

TASS xəbər verir ki, Amerika lideri Donald Tramp jurnalistlərin müvafiq sualını cavablandırarkən belə deyib.

 

“Uzun müddətə. Biz bu insanları istəmirik, özümüzün kifayət qədər problemlərimiz var. Bilirsiniz niyə bizim onlara ehtiyacımız yoxdur? Çünki onların çoxu pis adamlardır, bizim ölkədə onlara yer yoxdur”, - ABŞ Prezidenti vurğulayıb.

 

Noyabrın 28-də ABŞ-ın Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) xarici vətəndaşlar üçün bütün sığınacaqların qəbulunu dayandırıb. Həmin gün ABŞ hökuməti Əfqanıstan vətəndaşlarına viza verilməsinin dayandırılması barədə qərar qəbul edib.

 

Bundan əvvəl Donald Tramp onun administrasiyasının ölkəyə gələrək sığınacaq axtaranları deportasiya etməyi planlaşdırdığını və üçüncü dünya ölkələrindən olan insanların immiqrasiyasını qeyri-müəyyən müddətə dayandıracağını açıqlamışdı.

 

Xatırladaq ki, noyabrın 26-da günorta saatlarında bir nəfər Vaşinqton şəhərinin mərkəzində, Ağ Evdən təxminən 300 metr aralıda yerləşən Admiral Devid Farraqut parkının yaxınlığında Milli Qvardiyanın üzvlərinə atəş açıb. Hücum edən şəxs və Milli Qvardiyanın iki əsgəri yaralanaraq xəstəxanaya yerləşdirilib. Əsgərlərdən biri sonradan aldığı yaralar nəticəsində dünyasını dəyişib.

 

ABŞ-ın Daxili Təhlükəsizlik naziri Kristi Noem bildirib ki, şübhəli şəxs 2021-ci ildə amerikalı hərbçilərin Əfqanıstandan çıxarılmasından sonra Vaşinqtonun əfqan müttəfiqlərinin qəbulu proqramı çərçivəsində oradan Amerikaya gəlib.

 

Məhz bu hadisədən sonra Donald Trampın mühacirlərə münasibətdə ritorikası daha da sərtləşib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.