Fransada prezident seçkiləri
VƏTƏNDAŞ MÜHARİBƏSİNƏ SƏBƏB OLA BİLƏR

Fransanın ədliyyə naziri Jerald Darmanin xəbərdarlıq edib ki, 2027-ci il prezident seçkilərinin ikinci turunda sağçı və solçu namizədlər Marin Le Pen və Jan-Lük Melanşon arasında mübarizə ölkədə vətəndaş müharibəsi həddinə qədər çata bilər.

 

Bu barədə nazir "France Inter" radiosuna müsahibəsində deyib.

 

"Xanım Le Pen və ya cənab Melanşonun qələbəsi ölkəmizi dağılmağa və vətəndaş müharibəsinin həddinə çatdırmağa aparardı",- deyə o bildirib.

 

Daha sonra aparıcının “bu iki namizəd ikinci tura çatmazdan əvvəl vətəndaş müharibəsi təhlükəsi yarana bilərmi” sualına nazir "hər şey mümkümdür" cavabını verib.

 

O qeyd edib ki, milli konsensus baxımından bu namizədlərin ikinci tura yüksəlmələri Avropanı sarsıdacaq iqtisadi və geosiyasi bir faciə olardı.

 

Ədliyyə naziri Fransa siyasətinin əks tərəflərindəki iki namizəd arasında seçimin ölkə vətəndaşları arasında son dərəcə güclü reaksiya doğura biləcəyindən narahatlığını ifadə edib. Darmanin qarşıdan gələn səsvermədə belə bir ssenarinin reallaşmaması üçün bütün səylərini səfərbər edəcəyinə  söz verib.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.