Ermənistan həbsxanalarında hökumətə qarşı böyük narazılıq yaranıb.
Axar.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, dustaqların əksəriyyəti hər il olduğu kimi bu il də müstəqillik günü ilə bağlı amnistiya gözləyirdilər. Amma bu il bu baş vermədi.
“Vəziyyət burda da dəyişib. Əgər əvvəllər siyasi hakimiyyət öz maraqları üçün amnistiyadan istifadə edirdisə, məhbuslara seçkilərdə maraqlarını qorumaq müqabilində azadlıq təklif edirdisə, indi buna ehtiyac yoxdur”, - qəzet yazıb.
“Hraparak” yazır ki, müharibədən sonra məhbusların əksəriyyəti Nikol Paşinyana və ümumiyyətlə indiki hakimiyyətə qarşıdır. Xüsusilə də kriminal avtoritetlər torpaq verəni dəstəkləməyi qadağan ediblər.