Azərbaycan Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə verdi - FOTO

Azərbaycan Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə verib.
 
Senzor.az bildirir ki, bu barədə təşkilatın rəsmi saytı məlumat yayıb.
 
Ölkəmizin “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın pozulmasına görə məhkəməyə müraciət etdiyi bildirilib.
 
Məlumata görə, müvafiq iddia ərizəsində Ermənistanın azərbaycanlılara qarşı milli və ya etnik mənşəyinə görə bir sıra ayrı-seçkilik hərəkətlərinə yol verdiyi və buna davam etməkdə olduğu qeyd edilib.

Həmçinin, vurğulanıb ki, Azərbaycan son 10 ay ərzində tərəflərin razılığa gəlmək cəhdləri uğursuz olduğundan Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib və qurumdan “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etməyi, ölkəyə və xalqa dəymiş ziyanı ödəməyi tələb edib.


PRESS RELEASE: #Azerbaijan institutes proceedings against #Armenia concerning the interpretation and application of the International Convention on the Elimination of All Forms of Racial Discrimination and requests the #ICJ to indicate provisional measures https://t.co/sYX0UP8utd pic.twitter.com/2RNlf8PIkn

— CIJ_ICJ (@CIJ_ICJ) September 23, 2021
 





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.