ABŞ Konqresinə namizədliyini irəli sürən azərbaycanlı – RAMİN MƏMMƏDOV KİMDİR?

“Azərbaycanın maraqları, o cümlədən Vətən müharibəsi ilə bağlı məsələləri siyasi platformalarda və sosial şəbəkələrdə mütəmadi olaraq qaldırıram”.
 
Senzor.az bildirir ki, bunu ABŞ Nümayəndələr Palatasına namizədliyini irəli sürən həmyerlimiz Ramin Məmmədov media.az-a müsahibəsində deyib.
 
O, Bakıda anadan olub. 1997-ci ildə 6 saylı orta məktəbi, 2001-ci ildə isə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib və ali təhsil diplomundan əlavə ehtiyatda olan leytenant rütbəsi də alıb. 
 
Ramin Məmmədov ABŞ-a 21 yaşında yollanıb və 2005 -ci ildə Miçiqan Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər fakültəsinə daxil olub. Ancaq çox çətinliklərlə üzləşib: təhsilinin pulunu ödəmək üçün küçə təmizləyən, qabyuyan və çörəkçi kimi çalışıb, 20 il müddətində daim irqçiliklə üzləşib. Ancaq bütün çətinliklərə baxmayaraq, arzusu uğrunda mübarizəni dayandırmayıb. Siyasətdən başqa, dillərə marağı olduğundan ispan dilini də öyrənib. Amma…
 
Ali məktəbi bitirsə də, Amerika vətəndaşlığı olmadığından heç bir dövlət vəzifəsinə namizəd ola bilməyib. Vətəndaşlığı isə 2010-cu ildə alıb. Yalnız bundan sonra xüsusi IT şirkətinə işə qəbul edilib və həmin şirkət onu Hindistana yarım illik təcrübəyə göndərib. ABŞ-a qayıtdıqdan sonra onları müxtəlif ştatlara bölüblər və ona Şimali Karolinaya köçməyi təklif ediblər. Çünki o, Nyu-Yorkdan sonra ABŞ-ın ikinci maliyyə mərkəzidir. Burada iki nəhəng bankın - Bank of America və Wells Fargo Bank-ın mənzil-qərargahı var. O, məhz ikincidə işə başlayıb…
   R.Məmmədov hazırda seçki kampaniyası ilə məşğul olduğunu bildirib.
 
Politoloqun sözlərinə görə, Azərbaycanın maraqları ilə bağlı məsələləri qaldırdığı üçün erməni həmkarlarının onu seçkiqabağı yarışdan kənarlaşdırmağa çalışacağı variantlarını da nəzərdən keçirir.
 
“İstənilən halda, hər nə etsələr də, bu məni dayandırmayacaq. Hər hansı bir cəhdləri dərhal müvafiq şəkildə cavablandırılacaq”, - deyə o bildirib.
 
Bir daha qeyd edək ki, R.Məmmədov Demokratlar Partiyasının üzvüdür və ABŞ Konqresinin Nümayəndələr Palatasına 2022-ci ildə keçiriləcək seçkilərə öz namizədliyini irəli sürüb.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.