Suriyanın şimal-qərbində PKK terror təşkilatının bu ölkədəki qanadı YPG-nin “Zeytun budağı" əməliyyat zonasına hücum hazırlayan altı silahlısı zərərsizləşdirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Türkiyə xüsusi təyinatlı dəstəsinin döyüşçüləri "Zeytun budağı" əməliyyatının zonasında növbəti müvəffəqiyyətli əməliyyat keçiriblər. Regionda təhlükəsizlik və sülhü pozmağa çalışan silahlılar zərərsizləşdirilib”, - deyə nazirliyin xəbərində bildirilib.