Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatı ölkənin şimal-qərbində İranla sərhəddə yerləşən keçid məntəqəsini yenidən açıb.
Bu barədə “Taliban” nümayəndəsi Əlhənəfi Vardak "Twitter"də bildirib.
"Əfqanıstanla İran arasındakı keçid məntəqəsi - "İslam-Qala” ticarət üçün yenidən açıldı”, - o qeyd edib.
Azvision.az xatırladır ki, “İslam-Qala” keçid məntəqəsi Əfqanıstanın Herat əyalətində yerləşir. 9 iyul 2021-ci ildə “Taliban” tərəfindən ələ keçirilib. Bundan dərhal sonra rəsmi Tehran İran-Əfqanıstan sərhədində vəziyyətə tam nəzarət edə bildiyini açıqladı.