Azərbaycan işğaldan azad edilən ərazilərdən tapılan daha 3 erməni hərbçinin cəsədini Ermənistana təhvil verib.
Senzor.az erməni mediasına istinadən bildirir ki, cəsədlər Şuşa ərazisindən tapılıb. Onların kimliklərini müəyyən etmək üçün ekspertiza təyin olunacaq.
Bununla da 14 noyabr 2020-ci ildən bəri axtarışlar nəticəsində tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1672-yə çatıb.