Bu gündən ölkə üzrə ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılıb.
Oxu.az xəbər verir ki, ənənəvi təhsilin bərpası artıq paytaxt Bakıda sonu görünməyən tıxaclar yaradıb.
Bununla yanaşı, ali təhsil müəssisələrində tələbələrin və əməkdaşların COVID-19 pasportunun yoxlanılması prosesi qapıda uzun növbələrin və ya daha sadə dillə desək, xaosun yaranmasına səbəb olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Bakı Dövlət Universitetində, Milli Konservatoriya nəzdində Musiqi Kollecində və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində də bu hal yaşanıb.
Həmin görüntüləri təqdim edirik: