“Taliban” İŞİD-ə qarşı əməliyyat keçirir
 
Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı ölkənin şərqindəki Nanqarhar əyalətində və paytaxtda İŞİD terror qruplaşmasının yaraqlılarına qarşı əməliyyata başladığını elan edib.
 
Bu barədə “The Khaama Press” agentliyi məlumat yayıb.
 
Bu ay ərzində Nanqarharda eyni anda bir neçə partlayış və silahlı hücum baş verib. Hadisələrin qurbanları həm taliblər, həm də yerli sakinlər olub. İŞİD-in bir qolu olan “Xorasandakı İslam Dövləti” partlayış və silahlı hücumların bəzilərinə görə məsuliyyəti öz üzərinə götürüb.
 
Azvision.az qeyd edir ki, paytaxt Kabil də bir neçə dəfə raket hücumuna məruz qalıb. Qruplaşmanın tərəfdarları buna görə də məsuliyyəti öz üzərlərinə götürüblər.
 
Bununla yanaşı, sentyabrın 21-də “Taliban” sözçüsü Zabihulla Mücahid İŞİD və "Əl-Qaidə” silahlılarının Əfqanıstanda olması barədə xəbərləri uydurma adlandırıb, İŞİD-in "Taliban" üçün təhlükə yaratmadığını vurğulayıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.