Ərdoğan Niderlandın Baş naziri ilə İsveçin NATO-ya üzvlük prosesini müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Niderlandın Baş naziri Mark Rutte ilə telefon danışığı aparıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

 

Söhbət zamanı ikitərəfli əlaqələr, İsveçin NATO-ya üzvlük prosesi, Avropada Qurana qarşı təxribat xarakterli hərəkətlər, regional və qlobal məsələlər müzakirə edilib.

 

Gələn il Türkiyə-Niderland Dostluq Sazişinin 100-cü ildönümünün qeyd olunacağını xatırladan Prezident Rəcəb Tayyib Ərdoğan ikitərəfli əlaqələrin yüksək səviyyəli səfərlərlə taclanacağına inandığını bildirib.

 

İsveçin NATO-ya üzvlük prosesinin də müzakirə olunduğu söhbətdə Prezident Ərdoğan İsveçin terrorla mübarizə qanunvericiliyində dəyişiklik edərək düzgün istiqamətdə addımlar atdığını, lakin terror təşkilatı PKK/PYD/YPG tərəfdarlarının sərbəst şəkildə fəaliyyətlərinə davam etdiyini vurğulayıb.

 

Ərdoğan Niderlandın Baş naziri Rutteyə İsveçdə müqəddəs kitab Qurana qarşı edilən hücumlara fikir azadlığı adı altında haqq qazandıra bilməyəcəyini, edilənlərin açıq şəkildə cinayət olduğunu bildirib.

 

Söhbət zamanı liderlər, həmçinin iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammitinin ən mühüm gündəm bəndlərindən birinin Rusiya-Ukrayna müharibəsi olacağı barədə razılığa gəliblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.