Azərbaycan və Almaniya arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə olunub.
Senzor.az xəbər verir ki, bunu Almaniyanın Bakıdakı səfiri Ralf Horlemann tviterdə yazıb.
O, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovla görüşdüyünü bildirib: “Azərbaycan və Almaniyadakı mövcud səhiyyə sistemi, həmçinin 2 ölkə arasında gələcək əməkdaşlıq müzakirə olunub”.