Gürcüstan və Ermənistanın baş nazirləri regional məsələləri müzakirə etdilər
YENİLƏNİB, FOTO


Gürcüstan dinc qonşuluq təşəbbüsü çərçivəsində regionun sülh yolu ilə inkişafı üçün səylərini yönəltməyə hazırdır.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili iyulun 7-də irəvanlı həmkarı Nikol Paşinyanla görüşdə deyib.


Görüşdə regionda və dünyada təhlükəsizlik mühiti və çağırışlar nəzərdən keçirilib. Regional sabitliyi və rifahı təşviq etmək üçün strateji məsələlər üzrə yüksək səviyyəli dialoqun başlanmasının vacibliyi vurğulanıb.

 

Bildirilib ki, yüksək səviyyəli dialoq uğurlu əməkdaşlığa əlavə təkan verəcək və eyni zamanda, regional sülh və sabitliyə kömək edəcək.

 

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 7-də Gürcüstana işgüzar səfərə gedib.

  

**18:10


Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstanda işgüzar səfərdədir.


Senzor.az bildirir ki, Paşinyanı Batumi beynəlxalq hava limanında Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, həmçinin Acarıstan hökumətinin sədri Tornike Rijvadze qarşılayıb.


Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyətinə Ermənistan hökumətinin yüksək vəzifəli rəsmilərinin daxil olduğu bildirilib.


Səfər çərçivəsində iki ölkənin baş nazirləri arasında təkbətək və geniş tərkibdə görüşlər keçiriləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.