Alman kəşfiyyatı Priqojinlə Lukaşenkonun danışığını dinləyib

Almaniya Federal Kəşfiyyat Xidməti (BND) iyunun sonunda Rusiyada baş verən qiyam zamanı “Vaqner” qrupunun lideri Yevgeni Priqojin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun danışıqlarının səs yazısını əldə edə bilib.

 

Almaniyanın WDR və NDR yayım şirkətlərinin birgə araşdırmasında belə deyilir.

 

Bildirilib ki, alman kəşfiyyatı “Vaqner”çilərin lideri ilə Lukaşenkonun Rusiyada üsyanın dayandırılması şərtlərini müzakirə edərkən onların telefon danışıqlarını dinləyib. Beləliklə, BND birbaşa Lukaşenkonun Priqojinlə Rusiya prezidenti Vladimir Putin arasında vasitəçi rolunu öyrənib.

 

Həmçinin, WDR və ARD qeyd edir ki, Alman kəşfiyyatçıları hadisələrdən bir həftə əvvəl Rusiyada mümkün üsyana dair qeyri-müəyyən sübutlara malik idilər və məlumatları tərəfdaşları ilə təsdiqləməyə çalışırdılar, lakin heç bir nəticə əldə olunmadı və buna görə də bu barədə Kansler Olaf Şoltsa məlumat verilmədi.

 

Məlumata görə, BND-dən hadisələrlə bağlı ilk xəbərdarlıq Almaniya hökumətinə cümə günü axşam – “Vaqner” muzdlularının Rusiya hərbi obyektlərini və Rusiyanın Rostov şəhərini işğal etməsindən bir gün əvvəl göndərilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.