Gürcüstanın paytaxtı Tbilisidə LGBT festivalına qarşı ənənəvi dəyərləri müdafiə edənlərin yürüşü başlayıb.
Bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.
Bildirilib ki, yüzlərlə insan Tbilisinin mərkəzindəki Vaja Pşavelanın abidəsi önünə toplaşıb. Daha sonra buradan Lisi gölünə doğru hərəkət ediblər.
Aksiya iştirakçıları ilə hüquq-mühafizə orqanları əməkdaşları arasında toqquşma olub. Saxlanılanların sayı barədə məlumat verilməyib.
Aksiyaçılarla hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurma yaranıb. Polis etirazçılardan bir neçə nəfəri saxlayıb.