"Türkiyə razılaşma şərtini pozdu"
Kremldən sərt reaksiya

“Azov” rəhbərlərinin Türkiyədən Ukraynaya qayıtması mövcud razılaşmaların şərtlərinin pozulmasıdır.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

 

““Azovçular”ın liderlərinin Türkiyədən Ukraynaya qayıtması mövcud razılaşmaların şərtlərinin birbaşa pozulmasından başqa bir şey deyil. Üstəlik, bu halda şərtləri həm Ukrayna, həm də Türkiyə pozub”, - Peskov bildirib.

 

Kreml sözçüsü əlavə edib ki, “Azov” batalyonunun rəhbərlərinin Türkiyədən Ukraynaya köçürülməsi barədə Rusiyaya heç kim məlumat verməyib: “Bu barədə bizə heç kim məlumat verməyib. Razılaşmaların şərtlərinə görə, “Azov” liderləri münaqişə bitənə qədər Türkiyə ərazisində qalmalı idilər”.

 

Qeyd edək ki, Türkiyədən səfərdən geri qayıdan Ukrayna lideri Volodimir Zelenski Mariupolu müdafiə edən əfsanəvi “Azov” batalyonunun rəhbərlərini özü ilə Ukraynaya apardığını elan edib. Şərtlərə görə isə əsirlikdən azad edilən “azovçular” müharibə bitənə qədər Türkiyədə qalmalı idilər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.