Vilnüsdə keçirilən sammitdə NATO-ya üzv ölkələr Çinin təhdidedici davranışına qarşı özlərini müdafiə etmək üçün birgə işləmək barədə razılığa gəliblər.
Bunu Alyansın Baş katibi Yens Stoltenberq NATO-nun Vilnüs sammitinin birinci gününün yekunlarına dair mətbuat konfransında deyib.
“NATO liderləri Çini də müzakirə ediblər. Çin Rusiyanın Ukraynadakı hərəkətlərini qınamaqdan imtina edib”, - deyə o bildirib.