Türkiyənin İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməsi sürətli olmaya bilər
Ərdoğanın müşaviri

Türkiyənin İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etmək vədi parlamentin cədvəlinə görə sürətli bir proses olmaya bilər.


Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xarici siyasət üzrə baş müşaviri Akif Çağatay Kılıç "Nikkei Asia"ya bildirib.


Akif Çağatay Kılıç deyib ki, Ərdoğan Litvada keçirilən NATO sammitindən qayıtdıqdan sonra koalisiya tərəfdaşı ilə müzakirənin ardınca İsveçin ratifikasiya sənədlərini parlamentə göndərəcək: “Administrasiya onun ən qısa zamanda parlamentə göndərilməsi üçün üzərinə düşəni edəcək. Siz düyməni basıb səhəri gün hər şeyi dəyişə bilməzsiniz. Parlament prosesi var, ona görə də bu həftə baş verəcəyini gözləmirəm”.



Qeyd edək ki, Türkiyə parlamenti gələn həftə tətilə gedəcək və oktyabrın 1-dək bir daha toplanmayacaq. Ratifikasiya prosesi prezidentdən üzvlük protokolunu Türkiyə parlamentinə göndərməsini tələb edir və orada ilk olaraq Xarici Əlaqələr Komitəsində sənəd müzakirə olunacaq. Komitənin səsverməsindən sonra Böyük Millət Məclisində səsverməyə çıxarılacaq. Qərar təsdiqləndikdən sonra rəsmi qəzetdə dərc olunacaq.



Türkiyəli rəsmi Ankaranın Stokholmdan terrorla mübarizə məsələsində daha çox şey edəcəyinə ümid etdiyini deyib. "Onlar üçtərəfli sazişdə müəyyən tələbləri yerinə yetiriblər”, - deyə o, ötən il Madriddə keçirilən NATO sammiti ərəfəsində Türkiyə ilə Finlandiya və İsveç arasında imzalanmış 10 bəndlik Üçtərəfli Memoranduma işarə edərək bildirib.


Onun sözlərinə görə, amma görülməli olan bəzi işlər var: “Sənədin üzərində işləmək parlamentin səlahiyyətindədir, icraedici hakimiyyəti olaraq bizim vəzifəmiz sənədi parlamentə göndərməkdir. Yaxşı terrorçu deyə bir şey yoxdur. Terrorçular pisdirlər - heç bir "əgər" və "lakinlər" olmadan. NATO koordinatoru bu anlayışı təşviq edə bilər”.(APA)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.