Kiyevə kamikadze dronları ilə kütləvi hücum olub - ÖLƏN VƏ XƏSARƏT ALANLAR VAR

İyulun 13-nə keçən gecə Ukraynanın paytaxt Kiyevə kamikadze dronları ilə kütləvi hücum edilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, gecə saatlarında hava həyəcanı siqnalı verildikdən sonra partlayış səsləri eşidilib. Hava hücumundan müdafiə sistemi işə düşüb.

 

Kiyev şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, zərərsizləşdirilən kamikadze dronlarının dağıntıları paytaxtın bir neçə rayonunda yaşayış binalarına ziyan vurub.

 

Kiyev meri Vitali Kliçko yazıb ki, partlayışlar səbəbindən paytaxtın Solomen, Şevçenko, Podol və Darnitski rayonlarında təcili yardım xidmətlərinə bir neçə dəfə zəng olunub.

 

Kliçko əlavə edib ki, Darnitski rayonunda yaşayış binasının fasadı dağılıb, yaralananlar var. Onlar xəstəxanaya yerləşdirilib. Həmçinin Şevçenko rayonunda yaşayış binasının eyvanında yanğın baş verib.

 

Həmçinin yanğın Podol rayonunda qeyri-yaşayış binasında baş verib, yanğın və xilasetmə xidmətləri hadisə yerində işləyir.

 

Paytaxtın Podol rayonunda yaşayış binasında baş verən yanğını söndürərkən bir nəfərin meyiti tapılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.