ABŞ Prezidenti Co Bayden “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinə zəhərlənmə ehtimalı ilə bağlı xəbərdarlıq edib.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, Finlandiyada Şimali Avropa ölkələrinin liderləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında Bayden Priqojinə menyunu nəzarətdə saxlamağı tövsiyə edib.
“Allah bilir ona nələr edə bilərlər… biz heç onun harada və hansı vəziyyətdə olduğunu belə bilmirik. Mən onun yerində olsaydım, nə yediyimə diqqət yetirərdim ... Nahar üçün mənə nə təklif etdiklərini dəqiqliklə öyrənərdim", - deyə Bayden, uğursuz üsyandan sonra Priqojinin qarşıdakı hərəkətlərinin necə ola biləcəyi barədə jurnalistlərdən birinin sualını cavablandırarkən vurğulayıb.