Türkiyə Silahlı Qüvvələri sahib olduğu hərbi bilik və təcrübəni Azərbaycan Silahlı Qüvvələri ilə bölüşür və bundan sonra da bunu davam etdirəcəyik.
Bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovla görüşü zamanı bildirib.
“Biz bütün gücümüzü əlaqələrimizin inkişafına sərf edirik. Tək Vətən Hərəkatında olduğu kimi, bundan sonra da azərbaycanlı qardaşlarımızın yanında olmağa və tək ürək olmağa davam edəcəyik. Hər zaman Can Azərbaycanın yanındayıq”, - Yaşar Gülər qeyd edib.