"Avqust ayında Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri üçün hazırlıqlar görülür".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, səfərin dəqiq tarixi hələ ki, məlum deyil. Ərdoğan əlavə edib ki, Taxıl sazişinin müddətinin uzadılması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə həmfikirdir.
"BMT Baş katibi Antoniu Quterreş də bu barədə Putinə məktub göndərib. Ümid edirəm, sazişin müddəti növbəti dəfə uzadılacaq".