Moskva vilayətinin Dzerjinsk şəhərində polis əməkdaşları sənədləri yoxlamaq üçün yerli məscidə baş çəkiblər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, amma hüquq-mühafizə orqanları əməkdaşlarının məscidə ayaqqabı ilə daxil olmaları dindarların narazılığına səbəb olub.
Bu azmış kimi, onlar öz hərəkətləri ilə məbəddəkilərin ibadətlərinə də maneə törədiblər.
Bu əsnada dindarlarla polis arasında münaqişə yaranıb. Lakin vəziyyət qısa müddət sonra öz həllini tapıb.