Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın “Taxıl sazişi”ndən çıxmasını şərh edib.
“Report” xəbər verir ki, dövlət başçısının fikirlərini onun sözçüsü Sergey Nikiforov feysbukda yayıb.
“Qara Dəniz dəhlizinin Rusiya Federasiyası olmadan belə istifadəsi üçün hər şeyi etməliyik. Biz qorxmuruq. İri gəmiçilik şirkətləri bizə müraciət ediblər. Onlar bildiriblər ki, əgər Ukrayna icazə versə və Türkiyə yol versə, o zaman hamı taxıl daşınmasını həyata keçirməyə hazırdır”, - V.Zelenski bildirib.
Qeyd edək ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tuturdu.
Rusiya bu gün "Taxıl sazişi"dən çıxdığını bəyan edib.