İyulun 19-da Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyununu keçirib.
Senzor.az bildirir ki, Ağdam təmsilçisi Bakı Olimpiya Stadionunda “Linkoln”u (Cəbəllütariq) qəbul edib.
Albaniyalı baş hakim Eldorjan Hamitinin idarə etdiyi matç “Qarabağ”ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında iyulun 11-də “Viktoriya” stadionunda oynanılan ilk matçda da “Qarabağ” 2:1 hesablı qələbə qazanmışdı. Beləliklə, iki oyunun nəticəsinə görə, “Qarabağ” UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə yüksəlib. Komandamızın növbəti rəqibi Polşa çempionu “Rakuv” olacaq. Polşa klubu birinci mərhələdə Estoniyanın “Flora” komandasından üstün olub – 0:1, 3:0.