Etirazçılar İsveçin Bağdaddakı səfirliyini yandırdılar - QURANIN TƏHQİR EDİLMƏSİ İCAZƏSİNƏ CAVAB
VİDEO

İraqda etirazçılar İsveçin Bağdaddakı səfirliyinin binasını yandırıblar.

 

Bu barədə “Reuters” mənbələrinə istinadən xəbər yayıb.

 

Bu yaxınlarda Stokholm hakimiyyətinin razılığı ilə həyata keçirilən Quranın yandırılmasına etiraz edənlər İsveçin Bağdaddakı səfirliyinə hücim ediblər. 

Agentlik mənbə və hadisə şahidinə istinadən bildirib ki, etirazçılar binanı yandırıblar.

 

Hadisə zamanı səfirlik əməkdaşlarından heç kim xəsarət almayıb.

 

“Report” xatırladır ki, daha əvvəl İsveç polisi İraqın ölkədəki səfirliyi yaxınlığında Quranın yandırılmasına icazə verib.

 

Qeyd edilir ki, Stokholm polisi İraq səfirliyi qarşısında "ictimai toplantı" keçirmək üçün icazə verib, lakin etirazçıların nə planlaşdırdıqları barədə əlavə şərhdən imtina edib.

 

KİV-in məlumatına görə, etirazçılar Qurani-Kərimi və İraq bayrağını yandırmaq niyyətindədirlər. İyunun sonunda Stokholmda Quranı açıq şəkildə yandıran eyni iki nəfər cümə axşamına planlaşdırılan aksiyada iştirak edəcək.

 

İyunun sonunda Stokholmda Qurban bayramı zamanı Quranın təhqir olunması və yandırılması ilə geniş əks-səda doğuran aksiya dünyanın bir çox ölkələrində böyük narazılığa səbəb olub.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.