Rusiya ordusu Odessada taxıl terminalını atəşə tutdu

Rusiya hərbçiləri Odessa vilayətində taxıl və kənd təsərrüfatı avadanlıqlarının saxlanıldığı terminalı gecə saatlarında “Kalibr” raketləri ilə atəşə tutub.

 

Bu barədə Cənub Müdafiə Qüvvələrinin spikeri Nataliya Qumenyuk məlumat verib.

 

"Düşmən terroru davam etdirir, bu, şübhəsiz ki, "Taxıl sazişi" ilə bağlıdır. Bu gecə işğalçılar Odessa vilayətində kənd təsərrüfatı müəssisəsini vurublar", - o deyib.

 

Məlumata görə, işğalçılar 100 ton noxud və 20 ton arpa məhv ediblər. Partlayış nəticəsində iki nəfər yaralanıb. Onlara bütün lazımi tibbi yardım göstərilib. 

 

Onun sözlərinə görə, raketlər Ukraynanın dövlət sərhədinə maksimum yaxınlaşmaqla çox aşağı hündürlükdə uçublar. Belə şəraitdə də raketlərin aşkarlanması çətindir.

 

“Report”dan xatırlatma: Ruslar üçüncü gecədir ki, Odessa vilayətinə hücuma keçiblər. Raket və kamikadze dronlarından istifadə edərək, limanlar, dayaqlar və ticarət şəbəkələrini hədəfə alıblar. Bu hücumlar nəticəsində bir nəfər ölüb, 8 nəfər yaralanıb. Hücum zamanı Çin Konsulluğunun binasına da ziyan dəyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.