"Pyotr Tolstoy fikirlərinə görə Azərbaycandan üzr istəməlidir" - MİLLİ MƏCLİSİN DEPUTATI

Milli Məclisin deputatı Aydın Mirzəzadə Rusiya Dövlət Dumasının üzvü Pyotr Tolstoyun təxribatçı çıxışındakı fikirlərinə etiraz edib.


"Report"un məlumatına görə, deputat bildirib ki, Rusiya Dövlət Dumasının vitse-spikeri böyük səhv edir.


A.Mirzəzadə vurğulayıb ki, onun söylədiyi fikirlər beynəlxalq hüquq normalarına, Rusiyanın rəsmi siyasətinə, hakim Vahid Rusiya Partiyasının siyasi xəttinə ziddir: "Pyotr Tolstoy bilməlidir ki, bugünkü dünyada sülhün, stabilliyin qorunmasının əsas şərtlərindən biri dövlətlərin suverenliyinə, dövlət müstəqilliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşmaqdır. Pyotr Tolstoyun dedikləri orta əsr təfəkkürünün, Çar Rusiyasının işğalçılıq ideologiyasının qalığıdır".


Milli Məclisin deputatı qeyd edib ki, Tolstoy tanınmış tele-jurnalistdir və efir verilişləri ilə parlament mövqeyini dəyişik salır: "O bilməlidir ki, dünyanın müstəqil dövlətlərinin hər biri öz müstəqilliyinin keşiyindədir. Beynəlxalq hüquq da dövlət müstəqilliklərinin keşiyindədir. Pyotr Tolstoy bu fikirlərinə görə ilk növbədə Azərbaycandan üzr istəməlidir. Onun söylədiyi fikirlər Rusiya Prezidentinin, hakimiyyətinin, hakim Vahid Rusiya Partiyasının siyasi mövqeyinə ziddir və bu cür fikirlər iki dövlət arasındakı münasibətləri böyük zərbə altında qoyur".


Aydın Mirzəzadə Rusiyanın rəsmi dairələri qısa bir zamanda hakim partiyanı təmsil edən vitse-spiker postunda olan Tolstoyun fikirlərinə aydınlıq gətirəcəklərinə və təkzib edəcəklərinə inandığını deyib: "Rusiyanın bu gün Azərbaycanla münasibətləri var. Azərbaycanla Rusiya strateji müttəfiqlərdir və strateji müttəfiqin suverenliyini şübhə altına almaq siyasətçi üçün bağışlanmaz, böyük səhvdir".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.